REGİONLAR


Balakəndə voleybol üzrə rayon birinciliyində 12 komanda mübarizə aparıb

Balakən, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Olimpiya İdman Kompleksində bələdiyyə və təşkilat komandaları arasında Milli Qurtuluş Gününə həsr olunmuş voleybol üzrə rayon birinciliyi Tülü kənd bələdiyyəsi komandasının qələbəsi ilə başa çatıb. Rayon Yanğından Mühafizə Hissəsinin və Sarıbulaq bələdiyyəsinin komandaları yarışları müvafiq olaraq 2-ci və 3-cü pillədə başa vurublar.

Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun təşkilatçılığı ilə keçirilən birincilikdə, ümumilikdə, 12 komanda mübarizə aparıb. Yarışın qalibləri kubok və diplomlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.