REGİONLAR


Balakəndə yeniyetmələr arasında keçirilən “Yay liqası” çempionatına yekun vurulub

A+ A

Balakən, 1 avqust, AZƏRTAC

Balakən rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Aktiv Gənclər Klubu (AGF) yay tətili günlərində yeniyetmə və gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün maraqlı layihələr həyata keçirir.

AGF-nin sədri Sərxan Hacıyev AZƏRTAC-a bildirib ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yeniyetmələr arasında iyunun 1-də başlanan “Yay liqası” çempionatına artıq yekun vurulub. İki ay ərzində həftədə bir dəfə olmaqla keçirilən yarışlarda 10 komanda iştirak edib. “Yay liqası”nın qalibi olan “Land of fire” və fərqlənən digər komandalar rayon Gənclər və İdman İdarəsi və AGF tərəfindən mükafatlandırılıb.

Xatırladaq ki, 4 ildir fəaliyyət göstərən klub könüllülük prinsipləri əsasında yüzlərlə gənci müxtəlif layihə, proqram və treninqlər vasitəsilə öz ətrafında birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.