Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Balakənin “Gənclər Paytaxtı-2017” seçilməsi rayon gənclərinə göstərilən böyük etimaddır

Balakən, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənc nəslə diqqət və qayğı bu gün dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə önəm verilməsi Azərbaycan dövlətinin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz nümunəsidir.

Qədim tarixə, etnik müxtəlifliyə, zəngin adət-ənənələrə malik olan Balakən rayonu üçün 2017-ci il uğurla başlayıb. Üç il əvvəl, 2014-cü ildə “Azərbaycanın Folklor Paytaxtı” kimi şərəfli vəzifəni uğurla yerinə yetirən Balakən rayonu 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” adına layiq görülüb. Balakən bu uğura Gənclər və İdman Nazirliyinin internet vasitəsilə həyata keçirdiyi müsabiqənin yekun nəticələrinə əsasən nail olub. Bu il yanvarın 25-dən 31-dək davam edən səsvermə nəticəsində Balakən rayonu 24 şəhər və rayon arasında 37,4 faiz səs toplayaraq qalib gəlib və “Gənclər Paytaxtı-2017” titulunu qazanıb. Bir sözlə, Balakənin “Gənclər Paytaxtı-2017” seçilməsi rayon gənclərinə göstərilən böyük etimaddan xəbər verir.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın “Gənclər Paytaxtı” elan edilir. Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilən bu layihə beş il ərzində ətrafında kifayət qədər iştirakçı kütləsi toplaya bilib. 2012-ci ildə Gəncə, 2013-cü ildə Biləsuvar, 2014-cü ildə Quba, 2015-ci ildə İsmayıllı, 2016-cı ildə isə Şəmkir “Gənclər Paytaxtı” adına layiq görülüb.

“Gənclər Paytaxtı” bir il müddətinə seçilir. Bu müddətdə həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin reallaşdırılmasına dəstək verir.

Dövlətimizin apardığı gənclər siyasəti respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda da uğurla həyata keçirilməkdədir. Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalovla söhbətimiz də elə son illər rayonda gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlərlə bağlı olub. Balakənin Azərbaycanın Gənclər Paytaxtı seçilməsinin rayonun həyatında çox mühüm hadisə olduğunu vurğulayan idarə rəisi deyib ki, bu uğurun qazanılmasında hər bir balakənlinin böyük payı var. Həqiqətən də, son illər Azərbaycanın regionlarında müşahidə olunan sosial-iqtisadi tərəqqi, sürətli inkişaf Balakən rayonunun timsalında özünü aydın şəkildə büruzə verir. Azərbaycanın ucqar sərhəd rayonlarından olan Balakən son illər tanınmaz dərəcədə dəyişib, ölkənin ən inkişaf etmiş rayonlarından birinə çevrilib. Son 10 ildə Balakəndə çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət obyektləri, emal və sənaye müəssisələri tikilib istifadəyə verilib, yeni yollar çəkilib, park və xiyabanlar salınıb, infrastruktur müasirləşdirilib, qəsəbə və kəndlər abadlaşdırılıb. Bu illər ərzində rayon gəncləri də diqqətdən kənarda qalmayıb, onların yaradıcılıq ideyalarının həyata keçirilməsinə, potensiallarının üzə çıxarılması və artırılmasına böyük diqqət göstərilib. Rayonda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, müxtəlif idman qurğuları istifadəyə verilib, “Gənclər evi” fəaliyyətə başlayıb. Bütün bunlar, şübhəsiz ki, Balakənin 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilməsində mühüm rol oynayıb.

Şübhəsiz ki, hər hansı şəhər və rayonun Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsi üçün müəyyən şərtlər tələb olunur. İlk növbədə, namizədliyi irəli sürülən şəhər və ya rayonun inkişaf səviyyəsi, burada gənclərə verilən meydan, onlara göstərilən diqqət əsas rol oynayır. Bu baxımdan, Balakən rayonu layihənin tələb və şərtlərinə tam şəkildə cavab verir.

Ölkəmizin şimal-qərb qapısı sayılan Balakən rayonunun bu şərəfli ada layiq görülməsi heç də təsadüfi deyil və böyük zəhmət hesabına başa gəlib. Bu uğur Balakəndə uzun illərdən bəri gənclərlə aparılan məqsədyönlü işin məntiqi nəticəsidir və rayon gənclərinin yüksək fəallığı sayəsində mümkün olub.

Balakən şəhərində 2011-ci ilin sentyabrında istifadəyə verilən “Gənclər evi” rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkilində, onların intellektual və yaradıcı potensialının üzə çıxarılmasında, gənclərin fəallığının artırılmasında mühüm rol oynayır. Rayon gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması məqsədi ilə “Gənclər evi”ndə mütəmadi silsilə tədbirlər keçirilir. İstedadlı və yaradıcı gəncləri üzə çıxarmaq, onların intellektual potensialını yüksəltmək məqsədi ilə keçirilən “Xəmsə”, “Nə? Harada? Nə zaman” intellektual oyunları, “Novruz kuboku” turniri, müxtəlif bilik yarışları getdikcə öz ətrafına daha çox balakənli gənci toplayır.

Rayon Gənclər və İdman İdarəsinin nəzdində 2013-cü ildə yaradılan Aktiv Gənclər Klubu da gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsinə, dünyagörüşlərinin zənginləşməsinə, qabiliyyətlərinin üzə çıxarılmasına mühüm töhfələr verir. “Gənclər evi”ndə fəaliyyət göstərən klubun fəaliyyət planına debatların, fləşmobların, müxtəlif könüllü aksiyaların keçirilməsi, həmçinin əyləncəli yarışların, intellektual və idman oyunlarının, təbiət qoynuna, tarixi məkanlara səyahətlərin təşkili daxildir. Klubun nəzdində könüllülük prinsipləri əsasında fəaliyyət göstərən kitab müzakirəsi, musiqi, xarici dil kurslarında, həmçinin natiqlik, şahmat, diskussiya və digər dərnəklərdə onlarla balakənli gənc məşğul olur. Balakənin fəal gənclərindən olan Sərxan Hacıyevin rəhbərlik etdiyi Aktiv Gənclər Klubunun artıq bir çox kənd məktəblərində nümayəndəlikləri də yaradılıb.

Balakən rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə sıx əməkdaşlıq edir. Ötən müddətdə onlarla balakənli gənc müxtəlif ideya və təkliflərlə Fonda müraciət edib. Ümumiyyətlə, Fond tərəfindən indiyədək Balakən rayonu üzrə 55 layihə dəstəklənib. Fondun keçirdiyi qrant müsabiqələrinin qalibi olmuş “Diqqət intellekt” festivalı, “Mikrofon gənclərindir” adlı musiqi, “Gənclərin gücü” adlı qol güləşi, “Təmiz ətraf mühit gənclərin arzusudur”, “Kitab oxumaq hobbimizdir” və digər layihələrdə rayon gəncləri yüksək fəallıq göstəriblər.

Bu gün Balakən respublikamızda, həm də zəngin idman ənənələri olan bir rayon kimi tanınır. 2010-cu ildə fəaliyyətə başlayan Olimpiya İdman Kompleksi rayonda idmanın inkişafına və kütləviliyinin təmin olunmasına öz töhfəsini verməkdədir. Kompleksdə idmanın futbol, güləş, cüdo, boks, kikboksinq, qol güləşi, stolüstü tennis və digər növləri üzrə yaradılmış qruplarda 250 nəfərdən çox yeniyetmə və gənc məşğul olur.

Balakənli idmançılar Olimpiya Oyunlarında, dünya və Avropa birinciliklərində ölkəmizin idman şərəfini layiqincə qoruyurlar. Pekin və London Paralimpiya Oyunlarının qalibi və mükafatçısı Oluxan Musayev, Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışların qızıl mükafatçısı Murad Bazarov, Çinin Nançinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının mükafatçısı İqbal Hacızadə, güləşçilər Hacımurad Bağmanov, Hacımurad Çopsiyev, Asxab Həmzətov, pnevmatik tapançadan güllə atıcılığı üzrə beynəlxalq turnirin qalibi Rəsul Məmmədov, qol güləşi üzrə beynəlxalq yarışların mükafatçıları Kamran Qurbanov, Kamran Atayev, parataekvandoçu Şəhmir İbadov və başqaları ölkəmizin hüdudlarından kənarda təşkil olunan beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edib, bayrağımızı yüksəldiblər. 2015-ci ildə Las-Veqasda keçirilən dünya çempionatının, həmçinin Bakıda keçirilən Birinci Avropa Oyunlarının qızıl mükafatçısı, Avropa çempionatlarının qalibi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda bürünc medal qazanan Rəsul Çunayev bu gün qazandığı idman nailiyyətləri ilə nəinki Balakəndə, eləcə də respublikamızın hər bir guşəsində gənclərə əsl örnək, nümunədir. Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunan Rəsul Çunayevin adı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri siyahısına da daxil edilib.

Balakənin 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilməsi rayon gənclərini qürurlandırır. YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev, yeni yaradılan Balakən Debat Mərkəzinin sədri Murad Bicilov, Bakı Dövlət Universitetinin tələbəsi Rəvan Əliyev, Balakən şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Ülkər Kərimova, boks üzrə Azərbaycan çempionu Dinarə Fətəliyeva Balakənin “Azərbaycanın Gənclər Paytaxtı” seçilməsindən qürur duyduqlarını, onlara göstərilən bu etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Sonda qeyd edək ki, Balakənin “Gənclər Paytaxtı-2017” seçilməsi rayonun ölkə miqyasında daha geniş tanıdılması baxımından əlavə imkanlar yaradacaq. Bu uğur sayəsində Balakən rayonu ölkənin aparıcı gənclər təşkilatları ilə birgə respublika səviyyəli tədbirlərə ev sahibliyi etmək imkanı qazanıb. Rayon Gənclər və İdman İdarəsi “paytaxt ili” çərçivəsində gənclərin maraqlarını təmin edəcək tədbirləri müəyyənləşdirmək məqsədi ilə bu günlərdə müxtəlif kateqoriyadan olan gənclərlə görüşüb, onların təklif və təşəbbüsləri əsasında ilkin tədbirlər planı hazırlayıb. Tədbirlər planına Gənclərin Respublika Rəqs Festivalının, intellektual çoxnövçülük üzrə Şimal Kuboku və digər tədbirlərin keçirilməsi daxil edilib. Plan yaxın günlərdə təsdiq olunmaq üçün Gənclər və İdman Nazirliyinə göndəriləcək. Bir sözlə, indidən əminliklə demək olar ki, Balakən bu titulu layiqincə daşıyacaq və doğrudan da Gənclər Paytaxtı olduğunu sübut edəcək.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Azərbaycanın hər bir çağırışı uğurlu gələcəyə böyük stimuldur - ŞƏRH

Mehriban İmanova: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun parlaq ifadəsidir