REGİONLAR


Balakənin fındıq bağlarından 4 min tondan çox məhsul gözlənilir

Balakən, 15 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun fındıq bağlarında məhsul yığımına başlanılıb. Bu il bağlardan 4 min tondan çox məhsul gözlənilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, son illər rayonda bu gəlirli sahəyə maraq xeyli artıb. Təkcə bu il rayonda 139 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayonda fındıq bağlarının ümumi sahəsi 4454 hektardır. Bu bağların 3449 hektarı barverəndir.

Qeyd edək ki, ötən il rayonun fındıq bağlarından 4 min tondan çox məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.