REGİONLAR


Balakənin iki kəndində modul tipli yeni məktəblər quraşdırılır

Balakən, 9 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun ucqar yaşayış məntəqələrindən olan Sarıbulaq və Salban kəndlərində ibtidai məktəblər üçün 40 və 20 şagird yerlik modul tipli yeni məktəb binaları quraşdırılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hər iki məktəb indiyədək qəzalı vəziyyətdə olan köhnə binalarda fəaliyyət göstərib.

Modul tipli məktəblər azməsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılması ilə fərqlənir.

Hər iki məktəb binasının 15 sentyabr – Bilik günündə şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.