REGİONLAR


Balakənin mürəbbə ustaları Qəbələ festivalından mükafatla qayıdıblar

A+ A

Balakən, 29 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun mürəbbə ustaları Qəbələ şəhərində keçirilən IV Beynəlxalq Mürəbbə Festivalında uğurla iştirak edərək, rayona mükafatla qayıdıblar.

Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şəfəq Hacıyeva AZƏRTAC-a bildirib ki, festivala 14 çeşiddə mürəbbə aparan Balakənin şirniyyat ustaları müsabiqəyə 8 çeşiddə mürəbbə təqdim ediblər. Balakənli ustaların təqdim etdiyi cökə çiçəyi mürəbbəsi ən qeyri-adi mürəbbənin hazırlanması nominasiyasında birinci yerə layiq görülüb. Şöbə müdirinin bildirdiyinə görə, cökə balında hazırlanan cökə çiçəyi mürəbbəsi müalicəvi xüsusiyyəti ilə digər mürəbbələrdən çox fərqlənir. Bundan əlavə, Balakənin mürəbbə ustaları ən yaxşı stol tərtibatı müsabiqəsində 3-cü, heyva mürəbbəsi yarışında isə 4-cü yerə layiq görülüb və mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.