REGİONLAR


Balakənli fermerlər bu il qarğıdalı istehsalını 45 min tona çatdırmaq əzmindədirlər

A+ A

Balakən, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Cari ildə Balakən rayonunun təsərrüfatlarında 7 min 244,5 hektar sahədə qarğıdalı əkilib. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 4 min 421 hektar sahənin məhsulu yığılıb, 25 min 826 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 58,4 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-a Balakən rayon Statistika İdarəsindən məlumat verilib.

İdarədən bildiriblər ki, qarğıdalı istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 min 45 ton artıb.

Bu il rayonda dən qarğıdalı istehsalının 45 min tona çatacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.