REGİONLAR


Balakənlilər “Məhsul bolluğu bayramı”na hazırlaşırlar

A+ A

Balakən, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Noyabrın 5-də Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Məhsul bolluğu bayramı” keçiriləcək.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Beşinci ildir ki, keçiriləcək bu bayram son illər rayonun iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri, inkişafı, xüsusilə aqrar sahədə qazanılan uğurları bir daha təbliğ və nümayiş etdirmək, məhsul istehsalçılarını daha böyük nailiyyətlərə ruhlandırmaq məqsədi daşıyır.

Bayram iştirakçıları və qonaqlar parkda təşkil olunacaq kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olacaq, Balakən mətbəxinə aid milli yeməklərdən dadacaq, sənətkarların əl işlərindən ibarət sərgilərə baxacaq, pəhləvanların çıxışını izləyəcəklər. Sərgilərdə rayonun müəssisələrində istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, çörək və un məmulatları, arıçılıq və meyvə-tərəvəz məhsulları nümayiş etdiriləcək.

Tədbir rəngarəng konsert proqramı ilə başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.