İQTİSADİYYAT


Balansını “Hesab.az”da artıran “Azercell” abunəçiləri pulsuz dəqiqələr qazanacaqlar

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC 

“Hesab.az” portalı “Azercell” abunəçiləri üçün yeni “Sizə xoş dəqiqələr arzu edirik!” kampaniyasına başlayıb.

“GoldenPay” şirkətindən AZƏRTAC-a bildirilib ki, kampaniyanın şərtlərinə əsasən, “Hesab.az”da balansını artıran “Azercell” abunəçiləri şəbəkədaxili pulsuz bonus dəqiqələr qazanacaqlar. Belə ki, “Hesab.az” vasitəsilə 5 AZN balans yükləyən hər “Azercell” abunəçisi 5 şəbəkədaxili dəqiqə, 10 AZN və daha çox məbləğdə balans yükləyən abunəçi isə 15 pulsuz şəbəkədaxili dəqiqə qazanır. Abunəçilər şəbəkədaxili dəqiqələrdən 1 ay boyunca istifadə edə bilərlər.

İlin sonunadək davam edəcək kampaniyadan yalnız balansını “Hesab.az”da artıran “Azercell” abunəçiləri faydalana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.