İQTİSADİYYAT


Balaxanı-Binəqədi avtomobil yolunda hərəkət 3 günlük məhdudlaşdırılacaq

Bakı, 8 avqust, AZƏRTAC 

Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu ərazisindəki Balaxanı-Binəqədi yolunda (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 8-dən etibarən qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC –nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək - avqust ayının 11- nə kimi qüvvədə olacaq.

“Azəravtoyol” sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.