MƏDƏNİYYƏT


“Balet, ömrüm mənim” filmi təqdim ediləcək

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 8-də Nizami Kino Mərkəzində “Balet, ömrüm mənim” sənədli filminin təqdimatı keçiriləcək. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın görkəmli balet ustaları, Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş filmin leytmotivini həyatda və yaradıcılıqdakı məhəbbət mövzusu təşkil edir.

Filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi Rəhilə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir.

Nizami Kino Mərkəzində əvvəlcə filmin yaradıcı heyəti, eləcə də çəkilişlərdə iştirak etmiş SSRİ Xalq Artisti Vladimir Vasilyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.