CƏMİYYƏT


Balıq ətinin artrit zamanı faydası

Bakı, 8 iyul, AZƏRTAC

Yeni araşdırmalara görə, həftədə iki və ya üç dəfə balıq əti yeyən artritli insanlarda xəstəliyin aktivliyi digərlərinə nisbətən aşağıdır.

“Arthritis Care and Research” dərgisində nəşr olunan nəticələrə əsasən, balıq əti revmatoid artrit zamanı iltihab əmələ gəlməsini azaldır. Alimlər 176 artritli xəstə haqqında məlumatı analiz ediblər. Elm adamları həmin şəxslərin ötən ildə neçə dəfə və nə qədər fasilə ilə balıq əti yemələri ilə bağlı anket sorğusundan istifadə ediblər. Məlum olub ki, həftədə ən azı iki dəfə balıq əti yeyən pasiyentlərdə xəstəliyin fəallığının azalması müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.