İQTİSADİYYAT


“Baltika-Bakı” şirkəti 2016-cı ilin 1-ci rübündə fəaliyyətinin nəticələrini açıqlayıb

Bakı, 12 may, AZƏRTAC

Dünyanın öndə gedən pivə istehsalçılarından biri “Carlsberg Group”un bir hissəsi olan və Azərbaycan pivə bazarında 75 faiz bazar payı ilə lider mövqeyi tutan “Baltika-Bakı” şirkəti Azərbaycan Respublikasının qeyri-xammal sektorunun ən böyük şirkətlərindən biridir və yüzlərlə insanı işlə təmin edir.

Azərbaycandakı fəaliyyət dövründə şirkət inkişafına 47 milyon vəsait sərf edib. Bu da şübhəsiz ki, nəinki konkret sahəyə öz təsirini göstərir, həmçinin ümumilikdə Azərbaycanda biznesin inkişafına töhfə verir. 2016-cı il üzrə planlaşdırılmış investisiyalar bu günə qədər olduğu kimi məhsulun keyfiyyətinin və standartların yüksəldilməsinə yönəlib. Məsələn, birinci rübdə xammalın və hazır məhsulun daha keyfiyyətli mikrobioloji analizlərini mümkün edən laboratoriya avadanlığının satın alınması layihəsi həyata keçirilib, o cümlədən istehsal obyektlərinin mövsümə hazırlığı həyata keçirilib (qurğuların və istehsal obyektlərinin əsaslı təmiri). Bundan əlavə, böyük həcmdə investisiya enerji effektivliyi layihələrinə və iş yerində təhlükəsizliyin gücləndirilməsinə sərf ediləcək. Beləliklə, ilk rübdə bir neçə layihə resursların maksimal şəkildə effektiv istifadəsinə istiqamətlənmiş layihələr icra edilib, o cümlədən artıq xərclərin qarşısının alınması üçün enerji auditləri keçirilib. Şirkətin bir sıra əməkdaşı keyfiyyət və enerji təminatı sahəsində ən üstün təcrübələri mənimsəmək üçün Rusiyanın Samara şəhərinə səfər edib.

Şirkətin başlıca dəyəri - əməkdaşlarıdır. Buna görə də “Baltika-Bakı” nəinki işçilər üçün qənaətbəxş şəraitin yaradılması, eləcə də onların şirkət daxilində inkişafı və irəliləməsi üçün əlindən gələni əsirgəmir. Birinci rübdə şirkətdə işçilərin attestasiyası və fəaliyyətin illik dəyərləndirilməsi keçirilib. Bunun nəticəsində şirkətdə əmək haqları artırılır və karyera irəliləməsi və bilik və bacarıqların inkişafı üçün imkanlar təyin edilir. Bundan əlavə, mart ayında iş yerlərinin şirkətin tələblərinə uyğunlaşdırmaq və iş prosesinə neqativ təsir göstərən faktorların aradan qaldırılması məqsədilə iş yerlərinin attestasiyasına başlanılıb.

Cari ilin birinci rübündə “Baltika-Bakı” “qaynar mövsümə” hazır olmaq üçün nəinki əhəmiyyətli işlər görüb, eləcə də bir sıra çətinliklərlə üzləşib. Şirkətin hesablamalarına əsasən pivə bazarının həcmi birinci rübdə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalıb. Bu ilk növbədə Cinayət Məcəlləsinə daxil edilmiş 1 yanvar 2016-cı il tarixindən aksiz markası ilə markalanan malların nağd satışını qadağan edən düzəlişlərin qüvvəyə minməsi ilə əlaqədardır.

Tədarük zənciri iştirakçıların texniki hazırlıqsızlığı və plastik kartlardan istifadə mədəniyyətinin əhali arasında geniş yayılmaması səbəbindən qanunun tətbiqi pivə sahəsi daxil olmaqla Azərbaycanda aksizli malların dövriyyəsini ciddi şəkildə sarsıdıb. Vergilər Nazirliyinin qərarına görə qanunun qüvvəsi 12 yanvar tarixindən etibarən müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, məhsulun satış zənciri yalnız fevral ayının sonunda bərpa olunub, bu da şirkətin rüblük nəticələrinə öz təsirini göstərib: birinci rübün yekun nəticələrinə görə “Baltika-Bakı” şirkətinin birinci dərəcəli tədarüklərinin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 27.9 faiz azalıb. Beləliklə, yalnız mart ayında tədarük həcmi 6.8 faiz çoxalıb. Bu artıma şirkətin “Xırdalan” brendinin milli Novruz bayramına həsr edilmiş seriyasının buraxılması səbəb olub. “Xırdalan” brendi həmçinin Avro 2016-nın rəsmi sponsorudur və mayın əvvəlində ilin ən əsas futbol turnirinə həsr edilmiş xüsusi pivə seriyasını buraxıb.

Birinci rübdə pivə sahəsinə və tələbatına 2015-ci ilin sonunda baş vermiş milli valyutanın devalvasiyası səciyyələnmiş makroiqtisadi vəziyyət təsir göstərib. İstehlak qiymətlərinin yüksək inflyasiyası əhalinin alıcı qabiliyyətini aşağı salıb, buna görə də istehlakçılar alış-veriş sayını azaldaraq və yaxud ondan tamamilə imtina edərək qənaət etməyə çalışır.

Hər bir biznes strukturunda olduğu kimi, “Baltika-Bakı” istehsalatının rentabelliyi sadəcə birbaşa olaraq makroiqtisadi vəziyyətdən deyil, eləcə də sahənin məntiqli idarə olunmasından asılıdır. Bu məqamda şirkət üçün əsas rolu aksizin həcmi, eləcə də satış və reklam üzərində məhdudiyyətlərin minimum sayda olması əhəmiyyət təşkil edir. Hazırda dövlət biznes fəaliyyətini asanlaşdırmaqla əlverişli biznes mühitinin təşkil edilməsinə və qeyri-xammal sektorunun inkişafına xüsusi diqqət yetirir. Məsələn, biznes yoxlamaları, pivə istehsalı sahəsi daxil olmaqla fəaliyyət növü üzrə lisenziyalaşdırmalar ləğv edilib. Bundan əlavə qanuna pivənin son istehlakçıya nağd hesablaşma ilə satışını mümkün edən məntiqli düzəliş edilib. Biznes müəssisələri və dövlət arasında mütəmadi dialoqun möhkəmləndirilməsi şirkətlərin fəaliyyəti və inkişafı üçün optimal şəraitin təmin edilməsi üçün zəmin yaradacaq. Nəticə etibarilə dövlət qeyri-neft sektorunun artan vergi tutulmalarından daha çox xeyir əldə edir. “Baltika-Bakı” öz növbəsində Azərbaycandakı biznesini inkişaf etdirməyə davam edir və yüksək keyfiyyətli məhsulun istehsalı üçün ən üstün pivə bişirmə praktikalarını tətbiq edir.

***

“Baltika-Bakı” pivə istehsalı zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər (distribüter, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. “Baltika-Bakı” şirkətinin büdcəyə illik vergi köçürmələri 20 milyon AZN-dən, zavodun inkişafına yatırılan ümumi məbləğ isə 47 milyon AZN-dən çoxdur. “Baltika-Bakı” şirkətinin məhsulu Azərbaycan bazarının 75%-ni təşkil edir (2015-ci il). Şirkət Xırdalan®, Tuborg®, Балтика 7®, Балтика 0®, Балтика 9®, Xırdalan Draft®, Kuler®, Əfsanə®, Жигулевское фирменное®, 33 Export kimi populyar pivə brendləri istehsal edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.