DÜNYA


Baltikyanı dövlətlərin və şimal ölkələrinin XİN başçıları Latviyada görüşəcəklər

A+ A

Riqa, 22 avqust, AZƏRTAC

Latviya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 25-26-da Riqada Baltikyanı dövlətlərin və şimal ölkələrinin xarici işlər nazirlərinin görüşü və ya NB8 formatında görüş keçiriləcək.

Görüş iştirakçıları Baltikyanı dövlətlərin müstəqilliyinin bərpa edilməsindən keçən 25 il ərzində NB8 formatında əməkdaşlığı, Avropa üçün aktual məsələləri, regionda və onun hüdudlarından kənarda təhlükəsizlik problemlərini müzakirə edəcəklər.

Bu il NB8 formatında əməkdaşlığın prioritet məsələləri regionda təhlükəsizliyin, o cümlədən enerji təhlükəsizliyinin möhkəmlənməsi, strateji kommunikasiyaya kömək, kiber-təhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə, Aİ-nin “Şərq tərəfdaşlığı” layihəsinin dəstəklənməsi NB8 formatında əməkdaşlığın prioritet məsələləridir.

2016-cı ildə NB8 formatında əməkdaşlığı Latviya əlaqələndirir, 2017-ci ildə isə bu vəzifəni Norveç öz üzərinə götürəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.