İQTİSADİYYAT


“Bank BTB” “Kredit kartı” məhsulunu təklif edir

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

"Bank BTB" ASC beynəlxalq ödəniş sistemləri olan "MasterCard" və "Visa" bazasında buraxılan kredit kartı məhsulunun verilməsini aktivləşdirib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər zəruri istehlakyönümlü alışlarını daha səmərəli təşkil etmək, ölkə daxilində və xaricində nağd pul ehtiyaclarını qarşılamaq, həmçinin nağdsız ödənişlər aparmaq üçün "Bank BTB"nin təklif etdiyi "Kredit kartı" məhsulundan istifadə edə bilərlər. Kreditin məbləği 5 min manat ekvivalentinədəkdir. Kartın növü isə müştərinin istəyinə görə mövcud tariflər əsasında müəyyənləşdirilir. Kredit şəxsiyyət vəsiqəsi və müştərinin gəlirlərini təsdiq edən rəsmi sənəd əsasında verilir.

"Bank BTB"nin xidmət və məhsulları haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında yerləşən “facebook” səhifəsindən ətraflı məlumat almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.