İQTİSADİYYAT


“Bank BTB” Müəllimlər Günü münasibətilə güzəştli kredit kampaniyası keçirir

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

"Bank BTB" 5 oktyabr - Müəllimlər Günü münasibətilə güzəştli kredit kampaniyası elan edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 5-dən 31-dək təhsil sahəsində çalışan əməkdaşlar nağd pul krediti məhsulunu sərfəli şərtlərlə alacaqlar. Kampaniya müddətində "Nağd pul" istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3 min manatadək kreditlər, 0 faiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5 min manatdır. Güzəştli və zaminsiz "Nağd pul" kreditini bankın baş ofisindən və bütün filiallarından almaq olar.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan “facebook” səhifəsindən ətraflı məlumat əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.