İQTİSADİYYAT
“Bank BTB” yeni formatda işləyən filialını istifadəyə verib
Bakı, 19 iyul, AZƏRTAC
“Bank BTB” ASC-nin tam yeni formatda işləyən “Səbail” filialı istifadəyə verilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, filialın girişində 7/24 özünəxidmət zonası yerləşir. Gecələr özünəxidmət zonasını əməliyyat zalından şüşə arakəsmə ayırır, gündüzlər arakəsmə açılaraq zala birləşdirilir. Yeni filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunur. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat və xidmət ala biləcəklər.
Filial əhalinin sıx məskunlaşdığı yerlərdən birində “Nizami” metro stansiyasının yaxınlığında, Yasamal rayonu, M.M.Əbilov küçəsi 59, ünvanına keçirilib. Yeni filialın açılışında bankın Müşahidə Şurası və idarə heyətinin üzvləri iştirak ediblər.
Ətraflı məlumatı Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan “facebook” səhifəsindən əldə etmək olar.