İQTİSADİYYAT
“Bank BTB”nin aktivləri üçüncü rübdə 52,08 faiz artıb
Bakı, 20 noyabr, AZƏRTAC
“Bank BTB” cari ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 30-na bankın aktivləri 237 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,08 faiz çoxdur. Bankın kredit portfeli də eyni dövrdə 54,96 faiz artaraq, 147 milyon manata çatıb. Depozit portfeli isə 82 milyon manat təşkil edir.
Eyni zamanda, “Bank BTB” kreditlərə ehtiyatın yaradılması hesabına zərər etsə də, xalis əməliyyat mənfəəti 708 min manat olub. Bankın məcmu kapitalı cüzi artım göstərməklə, kapital normalarına tam uyğun olaraq, 52840 min manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]