İQTİSADİYYAT


“Bank Respublika” nizamnamə kapitalını artırır

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də "Bank Respublika" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, Almaniyanın maliyyə təşkilatları "DEG (Deutsche Investitions- und Entwicklungsgesellschaft) İnvestisiya" və "Sparkassen International Development Trust" şirkətləri daxil olmaqla "Bank Respublika"nın səhmdarları nizamnamə kapitalının 20 milyon manat məbləğində artırılmasına qərar veriblər. Bu, bankın dayanıqlı inkişafını təmin etmək və kreditləşdirmə imkanlarını artırmaq məqsədini daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.