İQTİSADİYYAT


“Bank Respublika” plastik kartlar üzrə konvertasiya limitləri tətbiq edib

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

"Bank Respublika" məhsul növündən asılı olaraq plastik kartlarla valyuta mübadiləsi əməliyyatlarına limitlər tətbiq edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "Mastercard World Elite" və "Visa İnfinite" gündəlik limit 10 min manat, "Mastercard" və "Visa Platinum", "Mastercard" və "Visa Gold" gündəlik limit 5 min manat, bütün digər kartlar üzrə gündəlik limit min manat olacaq.

Eyni zamanda, manat valyutalı kartlardan xarici valyutada "Card to Card" əməliyyatlarına, xarici valyutalı kartlardan manat valyutasında mədaxil əməliyyatlarına (Cash in, Cash to Card, POS-Credit), manat valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatlarına (ATM, POS-Cash, Cash by Code), manat valyutalı kartlardan xarici valyutada “Card to Account” əməliyyatlarına, digər bankların kartlarından "Bank Respublika"nın xarici valyutada olan kartına manat ilə köçürmə əməliyyatlarına (Card to Card) limitlər tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.