İQTİSADİYYAT


“Bank Respublika” plastik kartlar üzrə yeni limitlər tətbiq edib

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

“Bank Respublika” plastik kartları vasitəsilə milli valyutanın xarici valyutaya mübadiləsi baş verən bütün ölkədaxili əməliyyatlar üzrə məhsul növündən asılı olaraq bir sıra yeni limitlər tətbiq edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, noyabrın 18-dən “Mastercard World Elite”, “Visa İnfinite”, “Mastercard” və “Visa Platinum”, “Mastercard” və “Viza Business” – gündəlik limit 2 min manat, bütün digər kartlar üzrə gündəlik limit – 500 manat.

Manat valyutalı kartlardan xarici valyutada Card to Card əməliyyatlarına; xarici valyutalı kartlara manat valyutasında mədaxil əməliyyatlarına (Cash in, Cash to Card, POS-Credit); manat valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatlarına (ATM, POS-Cash, Cash by Code); manat valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatlarına, digər bankların kartlarından “Bank Respublika” ASC-nın xarici valyutada olan kartına manat ilə köçürmə əməliyyatlarına (Card to Card) limit tətbiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.