İQTİSADİYYAT


“Bank VTB (Azərbaycan)” Bakıda beş yeni bankomatını istifadəyə verib

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

“Bank VTB (Azərbaycan)” Bakı şəhərinin ən sıx nöqtələrində 5 yeni bankomatını istifadəyə verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bankomatlar “Bank VTB (Azərbaycan)”ın filiallarından kənarda quraşdırılıb ki, bu da bankın müştərilər üçün ən rahat və əlverişli yerlərdə xidmət göstərilməsi üzrə yeni strategiyasının tərkib hissəsidir.

Bankın kart sahibləri yeni ATM xidmətlərindən aşağıdakı məntəqələrdə istifadə edə bilərlər: 28 Mall (“28 May” metro stansiyasının çıxışı), Park Bulvar (Dənizkənarı bulvar, “Sahil” metro stansiyasının çıxışı), Metropark (“N. Nərimanov” metro stansiyası yanında) ticarət və əyləncə mərkəzlərində, eləcə də “Xətai” metrosunun çıxışında və Bakı Beynəlxalq avtovağzalı (Sumqayıt şossesi) ərazisində.

24/7 prinsipi ilə gün ərzində fasiləsiz çalışan bankomatlarda müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) kimi xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər.

Bankomat şəbəkəsinin genişlənməsi bankın kart biznesinin dinamik inkişafı və “VTB (Azərbaycan)”ın kart sahiblərinin sayının artımı ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.