İQTİSADİYYAT


“Bank VTB (Azərbaycan)” “VTB Online” internet bankinq xidmətini istifadəyə verib

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

“Bank VTB (Azərbaycan)” “VTB Online” internet bankinq xidmətini istifadəyə verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni xidmət sayəsində müştərilər onlayn rejimdə öz maliyyə vəsaitlərini rahat və operativ idarə edə biləcək. Müasir innovativ texnologiyalardan istifadə sayəsində “VTB Online” xidməti unikal funksiyalara və üstünlüklərə malikdir. Sadə və intuitiv anlaşılan naviqasiyaya malik “VTB Online” xidməti bütün bank əməliyyatlarını dünyanın istənilən nöqtəsindən 24/7 rejimində ən qısa müddətdə həyata keçirməyə imkan verir. “VTB Online” müştərilərə depozit hesabı açmağa, kreditlərini, kommunal və mobil rabitə xidmətlərini ödəməyə, həmçinin hesab qalıqlarını öyrənməyə, ödəmələrinə nəzarət, çıxarışlar etməyə və hesablar üzrə tranzaksiyaların tarixçəsini saxlamağa imkan verir.

“VTB Online” xidmətinə qoşulmaq üçün müştərilər bankın ofislərinə müraciət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.