İQTİSADİYYAT
Bank VTB (Azərbaycan) bankların minimal məcmu kapitalına dair tələbini yerinə yetirib
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Rusiya Federasiyasının “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşüb.
Bu barədə Bank VTB (Azərbaycan)dan AZƏRTAC-a bildiriblər. Görüşdə qeyd edilib ki, VTB Ataholding ASC ilə birlikdə Bank VTB (Azərbaycan)nı inkişaf etdirir. Ötən il bankın 7 filialı açılıb ki, bununla da onun satış ofislərinin sayı 13-ə çatıb. Bu ilin fevralında bankın Gəncə şəhərində ilk regional filialı istifadəyə verilib.
Andrey Kostin diqqətə çatdırıb ki, VTB-nin Azərbaycandakı bankı bu ilin əvvəlindən Mərkəzi Bank tərəfindən bankların minimal məcmu kapitalına dair (50 milyon manat) tələbini yerinə yetirib. Hazırda isə ölkənin TOP-10 bankı sırasına daxil olmaq üçün Bank VTB (Azərbaycan )ın bütün imkanları mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:07]
® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib
- 24.04.2024 [12:01]
Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb
- 24.04.2024 [11:54]
Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir
- 24.04.2024 [11:01]