İQTİSADİYYAT


“Bank VTB (Azərbaycan)” müştərilərə yuanla xidmətlər təklif edir

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

"Bank VTB (Azərbaycan)" müştərilərinə Çin valyutası yuanla hesablaşma-kassa xidmətləri təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "Bank VTB (Azərbaycan)”ın müştəriləri həm Çin yuanı ilə hesabın açılması və hesaba xidmət göstərilməsi, həm də pul köçürmələri xidmətindən istifadə edə bilərlər. Hesabın açılması və hesaba xidmət üzrə müştərilərdən komissiya tutulmur, pul vəsaitlərinin köçürülməsi isə sərfəli tariflər ilə təklif olunur. Yuan ilə pul vəsaitlərinin köçürülməsi əməliyyatları yalnız nağdsız şəkildə həyata keçirilir. Bu halda pul vəsaitlərinin köçürülməsi üçün müştərilərdən bank pulu yuanda yox, manat, rubl və sərbəst konvertasiya edilən valyutada qəbul edir və onların Çin valyutasına mübadiləsini həyata keçirir. Təcili köçürmə üzrə komissiya məbləği 200 yuan təşkil edir.

"Hazırda Çin iqtisadiyyatı dünyada ən iri iqtisadiyyat hesab olunur. Bu bazara Azərbaycan iş adamlarının da marağı günbəgün artır. Buna görə də biz maksimal dərəcədə rahat və sərfəli hesablaşma-kassa xidmətləri təklif etməyə çalışırıq. Bu gün "Bank VTB (Azərbaycan)" ölkədə Çin yuanında xidmət təklif edən yeganə bankdır", - deyə bankın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Bank Çin yuanından başqa rubl, dollar, avro və funt sterlinqdə hesablaşma-kassa xidmətləri təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.