İQTİSADİYYAT
Bank VTB (Azərbaycan)dan “Yaz hədiyyəsi”
Bakı, 5 mart, AZƏRTAC
Bank VTB (Azərbaycan) müştəriləri üçün “Yaz hədiyyəsi” adlı yeni depozit aksiyasına start verib.
Bu barədə bankdan AZƏRTACA-a məlumat veriblər.
Aksiya çərçivəsində “Zəmanətli” depoziti üzrə 12 ay müddətinə əmanət yerləşdirən müştərilər əlavə bonus faizləri qazanacaq.
Aksiyanın şərtlərinə əsasən, hədiyyə bonusları sayəsində “Zəmanətli” əmanətin faiz dərəcəsi 12 faizə çatacaq. Bu faizlər rüblük ödənildiyi halda mümkün olacaq. Faizlər aylıq ödənildikdə əmanətin faiz dərəcəsi 11 faiz təşkil edəcək. Bonuslar depozit müddətinin sonunda ödəniləcək. Aksiya çərçivəsində müştərilər 100 min manat və ya 125 min dollara qədər pul vəsaiti yerləşdirə bilər.
“Bu şərtlər həm manat, həm dollarla olan depozitlər üçün eynidir. Beləliklə, biz müştərilərimizə öz vəsaitlərini ən sərfəli, zəmanətli şərtlərlə yerləşdirmək imkanı yaradacaq. Bankımızın “Yaz hədiyyəsi” vəsaitlərini artırmaq istəyənlər üçün əla fürsətdir”, - deyə Bank VTB (Azərbaycan)ın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.
Aksiya aprelin 30-dək davam edəcək.