İQTİSADİYYAT
“Bank VTB (Azərbaycan)”dan stimullaşdırıcı lotereya
Bakı, 2 avqust, AZƏRTAC
"Bank VTB (Azərbaycan)" “Hesab.az” onlayn ödəniş portalı ilə birgə sentyabrın 30-dək "VTB (Azərbaycan) müştəriləri “Hesab.az”da qazanır" adlı stimullaşdırıcı lotereya keçirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, şərtlərə görə, "Bank VTB (Azərbaycan)"ın "Visa" plastik kartları ilə “Hesab.az” portalında qeydiyyatdan keçmiş və ən azı 10 manat məbləğində ödəniş etmiş müştərilər 1 lotereya bileti əldə edir. Hər növbəti ödəniş lotereyanın qalibi olub 200 manat qazanmaq şansını artırır. Qaliblər oktyabrın 5-də "GoldenPay" şirkətinin ofisində tiraj komissiyasının qarşısında proqram təminatı vasitəsilə təsadüfi yolla müəyyən ediləcək.
Lotereya oynanılan dövrdə bankın plastik kartları ilə “Hesab.az” portalında ödəniş edən istifadəçilər ikiqat bonus xalları əldə edir ki, bu da onların portalda keçirilən digər aksiya və kampaniyalarda hədiyyələr qazanmaq şansını artırır.
Qeyd edək ki, yalnız "Kommunal xidmətlər", "Mobil operatorlar", "İnternet", "Televiziya", "Naxçıvan","Əyləncələr" bölmələrində ödəniş edən istifadəçilər lotereyada iştirak edə bilərlər.