İQTİSADİYYAT


“Bank VTB (Azərbaycan)”ın aktivləri 17 faiz artıb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Sentyabrın 1-nə "Bank VTB (Azərbaycan)"ın aktivləri 443,6 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Bankdan AZƏRTAC-a bildiriblər ki, hesabat dövrü ərzində bankın depozit portfeli üzrə 37 faiz artım olub və bu, müştərilərin "VTB (Azərbaycan)"a olan etibarının göstəricisidir. Kredit portfeli 9 faiz artaraq 377,3 milyon manat təşkil edib. Kredit portfelinin 60 faizdən çoxu biznes-kreditlərinin payına düşüb. Kredit portfelinin belə strukturu bankın korporativ istiqamətinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığa dəstəyin artırılması üzrə yeni strategiyasına uyğundur.

Yaxın perspektivdə "VTB (Azərbaycan)" yerli sahibkarlar üçün əsas tərəfdaş banka çevrilmək niyyətindədir. Bunun üçün bankın yeni komandası formalaşır, yeni xidmət paketi hazırlanır və faktorinq, dokumentar və hesablaşma-kassa əməliyyatlarının tətbiqi üzrə iş aparılır.

"Bank VTB (Azərbaycan)"ın məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verir.

"Yaxın perspektivdə Rusiya ilə əlaqəli biznesi olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş-bank olmağı planlaşdırırıq. Bu məqsədlə iqtisadiyyatın real sektoru, istehsalat, kənd təsərrüfatı və Rusiyaya məhsulların ixracı kimi sahələri maliyyələşdirmək və inkişaf etdirmək niyyətindəyik", – deyə bankın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.