İQTİSADİYYAT


“Bank VTB (Azərbaycan)”ın müştəriləri “hesab.az”da qazanır” lotereyasının qalibləri məlum olub

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

“Bank VTB (Azərbaycan)”ın müştəriləri “hesab.az”da qazanır” stimullaşdırıcı lotereyanın qalibləri müəyyən olunub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, “QoldenPey” ofisində baş tutan final mərhələdə 1 nəfər mətbuat nümayəndəsi də daxil olmaqla, müxtəlif vəzifədən olan 5 nəfərdən ibarət tiraj komissiyası üzvləri iştirak edib. Qalibləri müəyyən etmək üçün 1246 biletdən ibarət olan bütün iştirakçıların məlumatları sistemə daxil edilib. Təsadüfi seçim proqramı vasitəsilə iştirakçılar arasından 5 nəfər qalib şəxs müəyyən edilib. Qalib müştərilər bu barədə e-mail vasitəsilə məlumatlandırılıblar.

Lotereyanın şərtlərinə əsasən, “VTB” plastik kartları ilə “hesab.az” portalında hər 10 manat ödəniş edən bank müştərisi 1 lotereya bileti qazanıb.

Qeyd edək ki, biletləri yalnız “Kommunal xidmətlər”, “Mobil operatorlar”, “İnternet”, “Televiziya”, “Naxçıvan”, “Əyləncələr” bölmələrində ödəniş edən istifadəçilər əldə edə bilər. Lotereyada qalib gəlmiş şəxslər öz mükafatlarını 30 iş günü müddətində ala biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.