İQTİSADİYYAT


“Bank VTB (Azərbaycan)”ın yeni “Elmlər” filialı istifadəyə verilib

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Bakıda “Bank VTB (Azərbaycan)”ın yeni “Elmlər” filialı açılıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, filial H.Cavid prospekti, 32 ünvanında, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşir. Filial fərdi sahibkarlara, hüquqi və fiziki şəxslərə geniş spektrdə bank xidmətləri, o cümlədən cari və depozit hesabların açılması, plastik kartların sifarişi, ölkə daxilinə və xaricə pul göndərilməsi və alınması, hesablaşma-kassa əməliyyatları üzrə xidmətlər təklif edir. Filialda kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş maliyyə xidmətlərinə xüsusi diqqət yetiriləcək.

“Elmlər” filialının üstünlüklərindən biri seyf qutularının icarəsi üzrə xidmətin göstərilməsidir. Müştərilər sənədlərini, zinət əşyalarını, pullarını və digər qiymətli əşyalarını güvənli və təhlükəsiz şəraitdə qoruyub saxlamaq üçün müxtəlif həcmli depozit qutularını icarəyə götürə bilər.

“Paytaxtın sıx əhalisi olan hissələrindən birində yeni filialın açılması bankın inkişaf strategiyasına uyğundur. Məqsədimiz Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bank olmaqdır. Müştəri və tərəfdaşlarımızın rahatlığını təmin etmək üçün filial şəbəkəmizin yaxşılaşdırılması və müasirləşdirilməsi siyasətimizi davam edəcəyik”, - deyə “Bank VTB (Azərbaycan)”ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.