DÜNYA


“Bank VTB” gündəlik istiqrazlar proqramını buraxacaq

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

“Bank VTB” ilkin həcmi 25-30 milyard rubl olacaq gündəlik istiqrazlar proqramını buraxa bilər. Sonradan bu məbləğ gündə 250-300 milyard rubladək arta bilər.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə “Bank VTB” ASC-nin rəhbəri Andrey Kostin məlumat verib.

“Həqiqətən biz bu proqramı buraxırıq. Ümid edirik ki, ilkin həcmi 25-30 milyard ola bilər. Sonra bəlkə də təxminən 50 milyardadək arta, maksimum isə gündəlik həcm 250-300 milyard ola bilər”, - deyə A.Kostin “Rossiya 24” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, 5 trilyon rubl ümumi illik limitdir. Gündəlik istiqrazlar proqramı maraqlı alətdir. Biz onu Mərkəzi Bankla razılaşdırmışıq və onun nə dərəcədə səmərəli və zəruri olacağını nəzərdən keçirəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.