İQTİSADİYYAT


Bank kartlarının məlumatlarını ələ keçirən qurğu yaradılıb

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Bank kartlarının məlumatlarını ələ keçirən qurğu yaradılıb.

AZƏRTAC “lenta.ru”ya istinadla xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Ueston Xeker tərəfindən yaradılmış qurğu bank kartlarının qəbulu üçün POS terminallara və mehmanxana nömrələrinin elektron qıfıllarına müdaxiləyə imkan verir. O, öz qurğusunu Las-Veqasda keçiriləcək "DEF CON" konfransında nümayiş etdirməyi planlaşdırır.

Əksər POS sistemlər kardriderləri standart USB qurğular kimi "görür". Bu, POS sistemə klaviatura vasitəsilə qoşularaq əmrlər daxil etməyə imkan verir. Bu halda məsafədən sistemdəki əmr sətrinə müdaxilə edərək zərərli proqram təminatının quraşdırılması üçün əmrlər daxil etmək mümkündür. Sistem POS terminalın yaxınlığında qurulmalıdır.

Sistem, həmçinin mehmanxana nömrələrinin maqnit zolaqlı kartların köməyi ilə açılan qıfıllarına müdaxilədə effektivdir. Belə kartlarda məlumatlar şifrlənmir və sahibin identifikasiya nömrəsindən ibarət olur. Qurğunun köməyi ilə 18 dəqiqədə 100 elektron qıfıla müdaxilə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.