İQTİSADİYYAT


Bank-müştəri münasibətlərinin tənzimlənməsi zamanı müsbət nəticə verəcək təkliflər müzakirə olunub

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) hüquq məsələləri üzrə ekspert qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, iclas zamanı son dövrdə bank-müştəri münasibətlərindəki dəyişikliklər və bu münasibətlərin tənzimlənməsi zamanı tətbiq edilməsi müsbət nəticə verəcək təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hüquq və icraat departamentinin rəhbərliyinin iştirak etdiyi iclasda MBNP ilə bank nümayəndələri arasında səslənən fikirlər ətrafında müzakirələrin davamı üçün növbəti görüşün keçirilməsi razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.