İQTİSADİYYAT


“Bank of America” neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

Bakı, 11 may, Nihad Budaqov, AZƏRTAC

“Bank of America (BofA) Merrill Lynch” “Brent” və “Layt”ın bu il və gələn il üzrə orta qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

AZƏRTAC banka istinadla xəbər verir ki, “BofA ML” bu il və 2018-ci ildə “Brent” markalı xam neftinin bir barrelinin qiymətinin müvafiq olaraq 54 və 56 dollar olacağını proqnozlaşdırır. Bankın daha əvvəlki proqnozu isə 61 və 68 dollar/barrel idi.

Bank “Layt” markalı xam neftin 2017-ci və 2018-ci illər üzrə qiyməti ilə bağlı proqnozunu əvvəlki - 59 və 63 dollar/barreldən 52 və 53 dollar/barrelə endirib.

“Bank of America”ya görə, daha stabil tələb-təklif tarazlığı və qlobal ehtiyatların azalmağa başlaması fonunda neftin qiyməti qarşıdakı 18 ayda 50-60 dollar/barrel səviyyəsində qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.