İQTİSADİYYAT


“Bank of Baku” “Banklararası Breyn-rinq çempionatı”nın qalibi olub

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

“Bank of Baku” oktyabrın 28-də Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan banklararası Breyn-rinq çempionatının qalibi olub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, ölkədə ilk dəfə keçirilən bu çempionatda 16 yerli bankın 100 nəfərə yaxın əməkdaşı iştirak edib. “Bank of Baku”nun 8 nəfərdən ibarət yığma komandası bütün rəqiblərini geridə qoyaraq 25 xalla çempionatın ən yüksək pilləsini qazanıb.

Qaliblər ABA-nın prezidenti Zakir Nuriyev tərəfindən kubokla mükfatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.