İQTİSADİYYAT


“Bank of Baku” nağdsız əməliyyat sayına görə lider bank oldu

Bakı, 24 may, AZƏRTAC

“MasterCard” 2016-cı ilin uğurları çərçivəsində keçirdiyi mükafatlandırma mərasimində “Bank of Baku”nu “MasterCard” kartlarının dövriyyəsi içində nağdsız əməliyyat payı ən yüksək olan bank” nominasiyasında ölkənin lider bankı elan edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq, “Bank of Baku”ya xüsusi sertifikat təqdim edilib. “Bank of Baku”nun bu sahədə uğur qazanmasında ölkənin ilk taksit kartı “Bolkart” layihəsinin və korporativ bankçılıq sahəsində son dövrlərdə həyata keçirdiyi “İŞKART” və “Əməkhaqqı kartı” layihələrinin rolu kifayət qədər böyükdür.

Qeyd edək ki, “Bank of Baku” artıq 10 ildən çoxdur ki, müştəriləri üçün “MasterCard” beynəlxalq kartlarının istifadəsinə şərait yaradıb.

Daha ətraflı: 145 məlumat mərkəzi, www.bankofbaku.comwww.facebook.com/bankofbaku

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.