İQTİSADİYYAT
“Bank of Baku” və “Elektron hökumət”in birgə layihəsi
Müvafiq müqavilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Bank of Baku” arasında imzalanıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştəri www.e-gov.az “Elektron hökumət” portalına daxil olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək lazımdır. Kod parolu almaq üçün vətəndaş elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları, həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz əldə etmək olar.
Elektron arayışlar hələlik “Bank of Baku”nun baş ofisində (Atatürk prospekti, 42) verilir. Cari ay ərzində isə bu xidmət bankın filiallarında da həyata keçiriləcək.
Ətraflı məlumatı www.facebook.com/bankofbaku və ya 145 Məlumat Mərkəzindən əldə etmək olar.