İQTİSADİYYAT
“Bank of Baku” yeni əmanətlərin vergisini özü ödəyəcək
Bakı, 1 mart, AZƏRTAC
“Bank of Baku” vəsaitlərini etibarlı şəkildə qorumaq və əlavə gəlir əldə etmək istəyən şəxslər üçün “Xalis əmanət” adlı yeni məhsulunu təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, xalis əmanət üzrə vəsaitləri istər manatla, istərsə də ABŞ dolları ilə 12, 18 və 24 aya yerləşdirmək mümkündür. Əmanət üzrə illik gəlir isə 12,5 faizədək təşkil edir. Xalis əmanətin əsas özəlliyi ondan ibarətdir ki, əmanət üzrə vergini müştəri yox, bank ödəyəcək. Yeni məhsul müştərilərə əmanəti AZN və ABŞ dolları ilə yerləşdirmək, əmanəti müddətin yarısınadək artırmaq və azaltmaq, əmanət üzrə məbləğin 90 faizədək həcmində pul kreditini almaq, faizləri aylıq və ya müddətin sonunda almaq, pulsuz əmanət kartı əldə etmək, əmanət klubuna üzv olduqda 1 faizədək əlavə bonus qazanmaq və s. imkanlar yaradır.
Əmanət üzrə faiz cədvəli ilə və şərtlərlə bu linkdən tanış olmaq mümkündür:
http://www.bankofbaku.com/az/deposits/xalis-amanat/
Qeyd edək ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının qərarı ilə Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12 faizədək (30.000 manata qədər) təyin olunub.