İQTİSADİYYAT


“Bank of Baku”dan “Bolkartla qazan” aylığı çərçivəsində iki yeni kampaniya

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

“Bank of Baku” “Bolkart”ın 5 yaşı münasibətilə bolkartlılar üçün elan etdiyi “Bolkartla qazan” aylığı çərçivəsində növbəti iki yeni kampaniyaya start verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, noyabrın 1-dən 7-dək keçirilən kampaniya çərçivəsində “Bolkart”ın “3 və 6 aya ödə” tərəfdaş mağazalarda alış-veriş edən müştərilər ödənişlərinə +2 ay hədiyyə qazanacaqlar. “Bolkart”ın tərəfdaş şəbəkəsinə daxil olan istənilən mağazada 3 aya etdikləri alış-verişin dəyərini 5 aya, 6 aylıq alış-verişin xərcini isə hissə-hissə bölüb 8 aya ödəyə biləcəklər. Kampaniyadan bütün növ “Bolkart” kredit və “Bolkart” debet kart sahibləri faydalana bilər.

Noyabrın 3-17-si arasında ödənişlərini “E-PUL.az” onlayn ödəniş portalı vasitəsilə həyata keçirən bolkartlılar etdikləri hər bir ödənişə görə portaldan 5 qat bonus qazanacaqlar. “E-pul” tərəfindən təqdim olunan bu bonusları bolkartlılar daha sonra istənilən ödənişini həyata keçirə və ya hədiyyəyə dəyişə bilərlər.

“E-pul” ödəniş portalından istifadə edən bolkartlılar bank xidmətləri daxil olmaqla, mobil operatorlar və telefon şəbəkələri, internet və TV provayderlər, kommunal və digər xidmətlər üzrə ödənişlərini internet üzərindən rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.

“Bolkartla qazan” aylığı çərçivəsində həyata keçirilən bu və digər kampaniyalar haqqında ətraflı məlumatla həm “Bank of Baku”nun 145 Məlumat Mərkəzinə zəng etməklə, həm də bankın və “Bolkart”ın rəsmi internet ünvanlarına daxil olmaqla əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.