İQTİSADİYYAT
“Bank of Baku”dan bir ilk: “Ölkəxarici təcili pul köçürmələriniz indi internet bankçılıqda”
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycanın bank sektorunun innovatoru hesab edilən "Bank of Baku" təcili pul köçürmələri sahəsində bir ilkə imza atıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "Bank of Baku" xidmət və məhsullarının inkişafına gətirdiyi yenilikləri ilə ilklərin bankı adını qazanan bank ölkədə ilk dəfə olaraq Contact təcili pul köçürmə sistemindən onlayn istifadə imkanı yaradıb. Tətbiq edilən yenilik sayəsində "Bank of Baku"nun internet bankçılıq xidmətindən istifadə edən fiziki şəxslər, ölkəxarici pul köçürmələrini vaxtlarına qənaət edərək tamamilə rahat və təhlükəsiz şəraitdə həyata keçirə biləcəklər.
İnternet bankçılıqdan istifadə etməklə Contact təcili pul köçürmə sistemi vasitəsilə bankın müştəriləri öz kart hesablarından vəsaitlərini filiala gəlmədən və olduqları məkandan asılı olmayaraq onlayn rejimdə Rusiya, Belarusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistana sürətli göndərmək imkanı əldə edəcəklər. Contact təcili pul köçürmə sistemi ilə onlayn rejimdə vəsaitin göndəriləcəyi ölkələrin siyahısının yaxın gələcəkdə artırılması nəzərdə tutulub.
Qeyd edək ki, internet bankçılıq vasitəsilə köçürmə məbləğinin gündəlik limiti 300 dollar və köçürmə komissiyası isə sadəcə 1 faiz təşkil edir.
Xatırladaq ki, internet bankçılıq xidməti müştərilərə olduqları məkanı tərk etmədən günün istənilən saatı birbaşa olaraq internet vasitəsilə öz hesablarına nəzarət etmə və bir çox bank əməliyyatlarının icrasına imkan verən elektron xidmətdir. Müştərilər internet bankçılıq xidməti vasitəsilə cari, kredit, kredit kartlar, debet kartlar və depozit hesablarına nəzarət edə, kredit ödənişi həyata keçirə, həyata keçirdikləri əməliyyatların SWIFT çıxarışın onlayn əldə edə, hesablarına aid rekvizitləri ala və bu kimi digər onlayn əməliyyatlar icra edə bilərlər.
"Bank of Baku"nun internet bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya filiala müraciət etməklə qoşulmaq olar.
Daha ətraflı məlumat üçün: www.bankofbaku.com, www.facebook.com/bankofbaku