İQTİSADİYYAT


“Bank of Baku”dan internet bankçılıq xidmətindən istifadə edən müştərilər üçün yenilik

A+ A

Bakı, 23 oktyabr, AZƏRTAC

“Bank of Baku” internet bankçılıq xidmətindən istifadə edən müştəriləri üçün növbəti yeniliyi təqdim edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, indi müştərilər yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimə, eləcə də büdcə ödənişlərinin hamısını bir yerdə – internet bankçılıq xidməti vasitəsilə rahatlıqla həyata keçirə biləcəklər. Müştərilərin rahatlığını təmin etmək məqsədilə tətbiq edilən bu yenilik onlara aşağıdakı xidmətlər üzrə ödənişlər etmək imkanı yaradır: Daxili İşlər Nazirliyi, İpoteka Ödənişləri, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu ödənişləri.

Qeyd olunan yeni xidmətlər üzrə ödənişlərin siyahısını internet bankçılıqda şəxsi kabinetdən “Kommunal və digər xidmətlərin ödənişi”ni seçib “Büdcə ödənişləri” bölməsinə keçid almaqla tapmaq olar. İstifadəçilər proqram təminatında hər bir ödəniş üzrə mövcud geniş axtarış modullarından istifadə etməklə ödəyəcəyi xidməti seçərək təsdiq düyməsinə basmaqla ödənişi icra edə bilərlər. Tarixçədə saxlanılan hər bir ödənişi növbəti dəfə sadəcə təsdiq əsasında həyata keçirmək olar.

İnternet bankçılığa bankın 145 Məlumat Mərkəzinə zəng etməklə və filiala müraciət etməklə qoşulmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.