İQTİSADİYYAT
“Bank of Baku”nun “Bolkart” debet və əməkhaqqı kart sahibləri illik 5 faiz gəlir qazanacaq
Bakı, 12 iyul, AZƏRTAC
Ölkənin aparıcı və ən innovativ banklarından biri olan “Bank of Baku” müştəri məmnuniyyəti və rahatlığı üçün növbəti yeniliyə imza atır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Bank of Baku” “Bolkart” debet və əməkhaqqı kart müştərilərinə illik 5 faiz gəlir əldə etmələrinə imkan yaradır.
Tətbiq edilən bu yenilik sayəsində müştərilər bankda əmanət hesabı açmadan gündəlik olaraq əlavə gəlir qazana biləcəklər. Əmanət hesabından fərqli olaraq, bu kart sahibləri balanslarındakı vəsaiti istədikləri an heç bir komissiya tutulmadan nağdlaşdıra və ya hesablarından çıxara bilərlər.
İllik 5 faiz gəlir qazanmaq üçün “Bolkart” debet və “Bank of Baku”nun əməkhaqqı kart sahiblərinin balansında minimum 100 manat vəsaitin olması kifayətdir. Əlavə faiz balansdakı qalıq məbləğin üzərinə gündəlik olaraq gəlir. Bu xidmət, hələ ki, AZN valyutasında olan kartlara şamil olunur. Cari “Bolkart” sahibləri artıq bu üstünlükdən faydalana bilər.
Qeyd edək ki, bu yenilik “Bank of Baku”nun bu yay “GƏLİR” şüarı altında elan edəcəyi onlarla silsilə kampaniya və yeniliklərindən sadəcə biridir.
“Bank of Baku”nun bu və digər xidmətləri haqqında daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya Facebook sosial şəbəkəsindəki rəsmi səhifələrinə müraciət etmək olar.