İQTİSADİYYAT


“Bank sektorunda PR” və “Böhran kommunikasiyası” mövzusunda təlim keçiriləcək

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

Noyabrın 11-12-də Bakıda “Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association”in (APRA) təşkilatçılığı ilə bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün “Bank sektorunda PR” və “Böhran kommunikasiyası” mövzusunda növbəti təlim keçiriləcək.

APRA-dan AZƏRTAC-a bildiriblər ki, təlimi Mərkəzi Bankın mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və “Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Fransanın Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun ekspertlər şurasının üzvü Vəli Əlibəyov aparacaqlar.

İki gün davam edəcək təlimdə PR mütəxəssislərinin bu sahədə fikir mübadiləsi aparılacaq, beynəlxalq təcrübə ilə bağlı məlumatlar veriləcək. Təlim, həmçinin ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və media mövzularını əhatə edəcək.

Təlimdə iştirakçılara Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyevin müəllifi olduğu “Nəyi? Necə? Nə vaxt?” kitabı paylanılacaq.

Qeyd edək ki, iştirak etmək istəyən PR mütəxəssisləri noyabrın 9-dək [email protected] ünvanına təsdiq məktubu göndərərək qeydiyyatdan keçməlidirlər. 

Təlim ödənişlidir və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.