İQTİSADİYYAT


Bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına  dair təkliflər müzakirə edilib

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclasında bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair verilmiş təkliflər müzakirə olunub.

ABA-dan AZƏRTAC-a bildiriblər ki, quruma üzv olan banklar tərəfindən hazırlanan təkliflər əsasən bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi, eləcə də maliyyə bazarlarının fəaliyyətinin, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar olub. Real sektorun kreditləşdirilməsinin bərpası və makroiqtisadi vəziyyətin sağlamlaşması trendinin gücləndirilməsi yönündə olan həll yolları isə əsas diqqət mərkəzində olan məsələlərdən olub. Həmçinin iclasda hüquqi bazanın və tənzimləyici-normativ aktların təkmilləşdirilməsi istiqamətində təkliflər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.