İQTİSADİYYAT


Bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 18197,1 milyon manat təşkil edib

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Mərkəzi Bankın məlumatlarına görə, iyunun 1-nə Azərbaycanın bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib. Bu məbləğin 4306,1 milyon manatı uzunmüddətli kreditlər olub.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, kredit portfeli 2015-ci il iyunun 1-i ilə müqayisədə 11,1 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.

Eyni zamanda, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği isə 7566,0 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.