İQTİSADİYYAT


Bank və digər kredit təşkilatlarının kredit portfeli 14794,0 milyon manat təşkil edib

Bakı, 18 iyul, AZƏRTAC

Mərkəzi Bankın məlumatına görə, iyunun 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalaraq milli valyuta ekvivalentində 14794,0 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumi kredit portfelinin 11774,2 milyon manatı və ya 79,6 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 32,2 faizi dövlət, 65,1 faizi qeyri-dövlət bankları, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,8 faizini təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.