İQTİSADİYYAT
Banklardakı əmanətlərin 81,6 faizi xarici, 18,4 faizi isə milli valyutada qoyulub
Bakı, 17 oktyabr, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq 7931,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əmanətlərin 81,6 faizi xarici, 18,4 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76,3 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.
Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,63 manata (ilin əvvəlindən 1,57 manata), 1 avroya - 1,83 manata (1,75), 100 rus rubluna - 2,54 manata (2,30) bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]