İQTİSADİYYAT


Bankların verdikləri kreditlərin 73 faizi biznes xarakterli, 27 faizi istehlak kreditləri olub

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Birinci rübün yekunlarına görə, bankların verdikləri kreditlərin 73 faizi biznes xarakterli, 27 faizi isə istehlak kreditləri olub. Bu kreditlərin bir qismi xarici investorların Azərbaycanda həyata keçirdiyi layihələr çərçivəsində verilib və ya bu layihələr əlavə olaraq yönləndirilmiş dövriyyə vəsaitləri ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

"Bu gün Azərbaycanın bank sektorunda izafi likvidlik var. Bütün normalara görə, bankların müxbir hesablarında, kassalarında tələb olunandan 4 qat artıq likvid vəsait var. Əgər banklar sahibkarlara kreditlər vermirlərsə, deməli, öz mənfəətlərindən imtina edirlər. Kredit müraciətləri ödəmə qabiliyyətli, layihələr dayanıqlı və mənfəətli olmalıdır. Bu layihələrin gələcəkdə uğurlu olacağına bank təhlilçiləri əmin omalıdırlar. Belə olan halda o kreditlər veriləcək",- deyə Rüfət Aslanlı diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.