DÜNYA
Banqkok aeroportunun 300 işçisi tətil edir
Bakı, 6 fevral, Elvin Camalov, AZƏRTAC
Banqkokun Suvarnabxumi aeroportunda “x-ray” aparatı vasitəsilə baqajların yoxlanması xidmətini həyata keçirən 300-ə yaxın işçi tətil elan edib.
AZƏRTAC “Bangkok Post” saytına istinadla xəbər verir ki, işçilərin tətil etmələrinə səbəb əməkhaqlarının az olması, nəqliyyat xərclərinin ödənilməməsi, sosial güzəştlərin təmin olunmaması və digər müavinətlərin verilməməsidir. Aeroportun rəhbərliyi tətil edən işçilərlə görüşüb, amma onların təklifləri ilə bağlı razılığa gəlinməyib.
Qeyd edək ki, hazırda tətil edən işçilərin əvəzinə müvəqqəti olaraq başqa əməkdaşlar cəlb edilib və tətil ilə əlaqədar aviareyslərin gecikməsi, təxirə salınması barədə məlumat yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]