DÜNYA


Banqkokda “Major Cineplex” kinoteatrlar kompleksində yanğın baş verib VİDEO

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Tailandın paytaxtı Banqkok şəhərinin Pinklao rayonunda “Major Cineplex” kinoteatrlar kompleksinin binasında yanğın baş verib.

AZƏRTAC Tailandın 3-cü milli telekanalına istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 11:30-da qeydə alınıb və indiyə qədər davam edir. Hadisə yerində Tailand polisinin 30 yanğınsöndürən heyəti fəaliyyət göstərir.

Yerli vaxtla saat 13:00-da binanın 16 kinozaldan ibarət hissəsi uçub və bu zaman ən azı bir yanğınsöndürən xəsarət alıb.

Yanğın nəticəsində tamaşaçılar və ya kinoteatr əməkdaşları arasında xəsarət alanlar barədə informasiya verilmir.

Qeyd edək ki, 1995-ci ildə istifadəyə verilən Pinklao rayonundakı kinoteatr binası “Major Cineplex”in Banqkokda tikilən ilk binasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.